Coca-Cola Rusiyanı tərk etməsinə baxmayaraq mağaza satışlarında lider olaraq qalırbackend

Amerikanın qazlı içkilər brendi Coca-Cola, beynəlxalq sanksiyalara görə Rusiya Federasiyasında istehsalın dayandırılmasına baxmayaraq, Rusiyanın daxili bazarında satışda lider olaraq qaldı.

Bu barədə RBC bazar iştirakçılarına istinadən xəbər verir.

“2023-cü ilin yanvar və fevral aylarında kola istehlakçılarının üçdə birindən çoxu mağazalarda “Dobry Cola” içkisini seçdi (bu, orijinal içkinin butulkaçısı olan “Coca-Cola HBC Russia”ya məxsus Multon Partners-in Rusiya fabrikləri tərəfindən istehsal olunur).

Populyarlıq baxımından ikinci yerdə Rusiyanı tərk edən, idxal edilən The Coca-Cola şirkətinin Coca-Cola brendi (14,1%) olub”, – məqalədə deyilir.

Mənbə: Lenta.ru

İctimai.az