Serbiyalı tennisçi Novak Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP) Final turnirinin qrup mərhələsinin ikinci tur matçında İtaliya təmsilçisi Jannik Sinnerə məğlub olub.
3 saat 9 dəqiqə davam edən görüş üç setdə 7:5, 6:7 (5:7), 7:6 (7:2) hesabı ilə başa çatıb.
Serb tennisçi üçün bu, ATP Final Tournament 2023-ün qrup mərhələsində ilk məğlubiyyət, italyan tennisçi ikinci qələbəsini qazanıb.
Mənbə: TRT Spor











