PageSix xəbər verir ki, Conni Deppin keçmiş həyat yoldaşı, aktrisa Ember Herd Karib dənizinin quldurları ulduzu ilə səs-küylü məhkəmə çəkişməsində uduzduqdan sonra Hollivudu tərk etmək qərarına gəlib və Madridə köçüb.
Aquaman ulduzunun yeni iqamətgahı ilə bağlı xəbəri Daily Mail-in jurnalisti Alison Boşoff açıqlayıb.
“Əminliklə deyə bilərəm ki, Heard Hollivudu tərk edib və kiçik qızı Una ilə sakitcə İspaniyaya köçüb” dedi.














