COP29-da türk dövlətləri QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilibbackend

2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik səkkiz ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinə dair forum keçiriblər. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıblar.

İctimai.az xəbər verir ki, insan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü forumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk dəfədir ki, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda bu səviyyədə təşkilatlanmağa başlayıblar. Millət vəkilləri Ramil Həsən, Gülşən Paşayeva birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin bütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb. Özbəkistan Respublikasının Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu, dərinləşən əlaqələrin növbəti təzahürüdür.

Daha sonra forum panel müzakirələrlə davam edib.