”Trendyol”un dayanıqlılıq üzrə yol xəritəsi COP gündəliyinə uyğundur və biz bu platformanı dayanıqlılıq sahəsində məqsəd və hədəflərimizə nail olmaq üçün yaxşı bir fürsət kimi görürük.
Bu barədə “Trendyol” dan məlumat verilib.
Bildirilib ki, “Trendyol”un COP29-da iştirak etməkdə əsas məqsədi buradakı aparıcı ekspertlər və təşkilatlarla təcrübə və fikirləri mübadilisi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir. Əldə olunan təcrübə ”Trendyol”un iqlim davanıqlılığı və dayanıqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyalarının formalaşmasında mühüm rol oynayacaq.
Trendyol COP29-da həm öz pavilyonu ilə təmsil olunur, həm də Türkiyə və Azərbaycandan olan elm adamlarını birləşdirən ”Dayanıqlı Gələcək Platforması”nın pavilyonun baş sponsorudur.
COP29 müddətində ”Trendyol” tədbir iştirakçılarına dayanıqlılıq və sosial təsir sahəsində həyata keçirdiyi bir çox layihəni, eyni zamanda, 2024-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim edəcək.