Corc Kluni Trampın Fransa vətəndaşlığını almaqla bağlı zarafatına cavab veribbackend

Aktyor Corc Kluni Fransa vətəndaşlığını aldıqdan sonra Donald Trampın tənqidlərinə cavab verib. Onun sözlərini Hollywood Reporter sitat gətirib.

“Hazırkı prezidentlə tamamilə razıyam. Amerikanı yenidən möhtəşəm etməliyik. Noyabr ayında başlayacağıq”, – deyə Kluni bildirib.

1 yanvarda ABŞ prezidenti Donald Tramp amerikalı aktyor Corc Kluni və ailəsinin Fransa vətəndaşlığını almasını tənqid edib və Parisin immiqrasiya siyasətinə qarşı çıxdığını bildirib.