COVID-19 zamanı ağır psixi xəstəliyin sağalmaya necə təsir etdiyi məlum olubbackend

London Kral Kollecinin britaniyalı alimləri ağır psixi xəstəliyin olması ilə koronavirus infeksiyasına yoluxduqdan sonra sağalma şansının azalması arasında əlaqə qurdular. Tədqiqat The British Journal of Psychiatry (TBJP) elmi jurnalında dərc olunub.

Mütəxəssislər şizofreniya, psixoz və digər ciddi pozğunluqların COVID-19 xəstələrinin sağ qalmasına nə dərəcədə təsir etdiyini öyrəniblər. Bunun üçün ekspertlər 2020-ci ilin fevralından 2021-ci ilin aprelinə qədər olan dövr ərzində Böyük Britaniyadan olan 660 mindən çox xəstənin məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar qeyd ediblər ki, ağır psixi xəstəliyi olan 7146 nəfər arasında koronavirusa yoluxduqdan sonra hər hansı səbəbdən ölmək riski psixi cəhətdən sağlam insanlarla müqayisədə 50% yüksək olub.

Mənbə: A Haber