Çoxtərəfli formatda səmərəli əməkdaşlıqbackend

Dünyanın siyasi arenasında yerini və çəkisinimöhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dünya ölkələrinin, həmçinin türkdilli dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Bu baxımdan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi rəsmi səfərəlamətdar hadisələrlə yadda qalmışdır. Öncə onu vurğulayaq ki, iki dövlət arasında qədim tarixə malik olan münasibətlər var. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından Azərbaycan xalqına ən yaxın olan xalqlardan biri məhz qazaxlar hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Bununla yanaşı, xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlığın möhkəmləndirilməsi müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.

Dövlət başçılarının görüşündə ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanmış, ikitərəfli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilmişdir. İmzalanmış sənədlər içərisində  “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu bəyannamə qarşıdakı dövrdə iki ölkə arasında münasibətlərin inkişafı üçün baza rolunu oynayacaq. Xüsusən də Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin qeyd olunması xarici siyasətimizin növbəti uğurudur.Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzini inşa etməsi, Şuşa və Türküstanın qardaşlaşması dost ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsində, eləcə də 44 günlük Vətən müharibəsində zəfərimizin nəticələri ilə bağlı birmənalı olaraq ölkəmizin yanında olduğunun real və praktik təzahürüdür.

Əminliklə söyləyə bilərik ki, Kasım-Jomart Tokayevin bu səfəri Azərbaycan-Qazaxıstanəməkdaşlığının daha da genişlənməsinə mühüm töhfəverəcək. Çünki ölkələrimizin energetika, nəqliyyat və digər sahələrdə reallaşdırdığı iri layihələr nəinki region, həm də dünya üçün xüsusi önəm daşıyır. Azərbaycan və Qazaxıstan çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlarçərçivəsində irəli sürülən təşəbbüslərin qarşılıqlı şəkildə dəstəklənməsi bunun sübutudur. Səfər zamanı Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif etməsi isə birbaşa ölkə başçısının iki dövlət arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə verilən ən yüksək qiymətdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı