Credit Suisse-in amerikalı səhmdarları bank və onun rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıblar

İsveçrənin Credit Suisse bank qrupunun ABŞ-dakı səhmdarları kredit təşkilatı və onun rəhbərliyinə qarşı ABŞ-ın qiymətli kağızlar qanunlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət ediblər.

Bu barədə RİA Novosti agentliyi Nyu-Cersi ştatının rayon məhkəməsində verilən iddianın mətninə istinadən yazıb.

Sənədin mətnində deyilir: “10 mart 2022-ci il və 15 mart 2023-cü il tarixləri arasında Credit Suisse Amerika depozitar qəbzlərini almış və ya başqa yolla almış fiziki və hüquqi şəxslər tərəfindən qiymətli kağızlar haqqında federal qanunların pozulması ilə bağlı kollektiv şikayət edilib.

Mənbə: RİA Novosti

İctimai.az

Related Post