Crew-12 missiyasının Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılışı fevralın ortalarına planlaşdırılır. NASA-nın administratoru Cared İsaakman bu barədə YouTube-da yayımlanan mətbuat konfransında məlumat verib.
SpaceX-in Crew Dragon kosmik gəmisinin heyətinə rusiyalı kosmonavt Andrey Fedyayev, amerikalılar Cessika Meir və Cek Heteuey, eləcə də Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Sofi Adeno daxil olacaq.
Onlar Crew-11 heyəti ilə növbələrini bölüşməyəcəklər. Missiyalarının yola düşməsindən sonra BKS-də yalnız bir NASA astronavtı Kristofer Uilyams qalacaq. Administrator qeyd edib ki, agentlik astronavtlardan birinin səhhəti ilə bağlı olaraq missiya heyətini yaxın günlərdə BKS-dən Yerə qaytarmaq qərarına gəlib.
Agentliyin baş tibb işçisi Ceyms Polk bildirib ki, bu, əməliyyat fəaliyyəti və ya kosmosa çıxmaqla əlaqəli deyil.














