Daha bir aktyor həbs edildibackend

Türkiyənin məşhur aktyoru Gökçe Özyol həbs olunub. 

Bu barədə “GazetaVatan” xəbər yayıb.

Məlumata görə, əvvəlcə aktyor barəsində içkili vəziyyətdə avtomobili idarə etməyə görə, 25 gün müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Sonra isə onun cəzası 500 lira cərimə ilə əvəzlənib. Ancaq məhkəmə zamanı onun keçmiş həyat yoldaşı Gökçe Aytaç Özyolu döyməsi ilə bağlı təxirə salınmış cəzası olduğu müəyyən edilib. O, 1,7 il müddətinə azadlıqdan məhrum edilib.

İctimai.az