Daha bir Avropa ölkəsi Ukraynaya sülhməramlılar göndərə bilərbackend

Latviya öz sülhməramlı kontingentinin Ukraynaya göndərilməsini istisna etmir.

Bu barədə ölkənin xarici işlər naziri Baiba Braje “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Bu məxfi məlumatdır, mən bu barədə ətraflı şərh verə bilmərəm. Biz bu variantı istisna etmirik”, – o qeyd edib.

Brayenin sözlərinə görə, sülhməramlıların Ukraynaya göndərilməsi aydın hərbi və siyasi məsləhətləşmələr tələb edəcək.