Çad keçmiş metropoliti olan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv edib.
TASS bu barədə Agence France-Presse-ə istinadən xəbər verir.
Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq, Afrika İnteqrasiyası və Xaricdəki Çadlılar Naziri Abderamane Koulamalla, “Çad Respublikası Hökuməti Fransa Respublikası ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etmək qərarı barədə ictimaiyyəti məlumatlandırır” dedi.
Bundan əvvəl Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lecornu demişdi ki, Moskva bütün xarici güclər arasında Paris üçün əsas təhlükədir.