Daha bir marşrut avtobusu kartla ödəməyə keçəcəkbackend

İyulun 16-sından 62 nömrəli marşrut xətti (Sabunçu d/st. – N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Neapol 32 (Xətai rayonu), N. Tusi küç.137 (Xətai rayonu), N.Tusi 294Q (Xətai rayonu), S.Ə.Şirvani küç., (Xətai rayonu), Əsildar Məmmədəliyev 76 (Sabunçu rayonu), Kişvəri Dilməqani 11 (Sabunçu rayonu), Sabunçu qəsəbəsi – Şəhər şosesi (Sabunçu rayonu), Qara Qarayev pr. 102 (Nizami rayonu), Əzim Əzimzadə 34/64 (Nizami rayonu), Azər Manafov küç., (Nizami rayonu), Qara Qarayev 89 (Nizami rayonu), Qara Qarayev pr.1 (Nizami rayonu) ünvanlarında “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

Qeyd edək ki, bir neçə gün öncə 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməyə başlanılıb.