Daha bir ölkə Qarabağda yenidənqurma işlərinə cəlb edilirbackend

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələr olduqca genişdir. Bu ölkədən Qarabağa investisiyaların cəlb edilməsi isə iki ölkənin əlaqələrini daha da möhkəmləndirməklə yanaşı, yenidənqurma işlərini sürətləndirməyə də imkan verəcək.

“İctimai.az”ın məlumatına görə, bu sözləri deputat Şahin İsmayılov “Space TV”nin xəbərlər proqramına danışarkən deyib.

Onun sözlərinə görə, körfəz ölkələrində viza prosesinin yumşaldılması ilə bağlı məsələ həll olunduqdan sonra Səudiyyə Ərəbistanından Azərbaycana kifayət qədər turist axını oldu. Pandemiya bitdikdən sonra biz bu artımı yəqin ki, daha çox hiss edəcəyik. Alternativ enerji sahəsində də ölkələr arasında əlaqələr mövcuddur. Qarabağın bərpa olunması məsələsində Səudiyyə şirkətləri bu və ya digər formada iştirak edəcək.

Bildiyimiz kimi, əldə olunan razılığa əsasən tezliklə Qarabağda quruculuq işlərində Səudiyyə Ərəbistanı şirkətlərinin də iştirakının şahidi olacağıq.