Noyabrın 18-dən daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa ediləcək.
İctimai.az xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 18-dən başlayaraq 4 və 10 nömrəli xətt üzrə hərəkət edən marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.