Daha tez qocalan insanlar tipidirbackend

ABŞ-ın Dyuk Universitetinin psixoloqları belə qənaətə gəliblər ki, antisosial davranışa meylli insanlar daha tez qocalır. Alimlərin araşdırmasının nəticələri “International Journal of Environmental Research and Public Health” jurnalında təqdim olunub.

Müəlliflər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər anadan olmuş 1037 iştirakçının daxil olduğu geniş uzununa tədqiqatın məlumatlarını təhlil ediblər. Bütün iştirakçılar bir neçə dəfə tibbi və psixoloji müayinədən keçiblər: ilk dəfə 3 yaşında, sonuncu dəfə isə 45 yaşında.

Təhlil göstərdi ki, antisosial davranış tarixi olan iştirakçılar bioloji qocalma sürətini əhəmiyyətli dərəcədə sürətləndirib. Bu insanlar 45 yaşına çatdıqda, antisosial səviyyələri aşağı olanlardan orta hesabla 4,3 bioloji yaş böyük idilər.

Mənbə: Lenta.ru