Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen TV2-yə deyib ki, Kopenhagen ABŞ NATO-dan çıxacağı təqdirdə, Danimarka ərazisində Amerika hərbçilərinin olması ilə bağlı Vaşinqtonla müdafiə sazişini ləğv edə bilər.
“ABŞ NATO-nu tərk edərsə, Danimarka Amerika hərbçilərinin Danimarka torpaqlarında olması ilə bağlı razılaşmanı ləğv edə bilər”, – bəyanatda deyilir.
Eyni zamanda, Danimarka XİN rəhbəri hesab edir ki, ABŞ-ın NATO-dan tezliklə çıxmasını göstərən heç bir əlamət yoxdur.