Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ABŞ-ın Qrenlandiya üzrə yeni xüsusi nümayəndəsinin açıqlamalarından hiddətlənib. O, bu barədə DR-ə müsahibəsində danışıb.
Bundan əvvəl Luiziana ştatının qubernatoru Ceff Landri ABŞ prezidenti Donald Trampa onu Qrenlandiya üzrə xüsusi elçi təyin etdiyinə görə təşəkkür etmiş və ölkənin adanı almaq niyyətini təsdiqləmişdi.
“Krallıq adından bəyan etməliyəm ki, yeni səfirin bu bəyanatı tamamilə qəbuledilməzdir”, – Danimarka XİN rəhbəri bildirib.
Rasmussen ABŞ-ın Kopenhagendəki səfirini çağırıb izahat tələb etmək niyyətindədir.















