Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ABŞ prezidenti Donald Trampın Ukraynadakı təmas xətti boyunca atəşkəslə bağlı təklifini dəstəkləyib.
“Biz Ukraynanı dəstəkləyirik və Amerika prezidentinin təmas xəttində atəşkəslə bağlı təklifini dəstəkləyirik”, o, Aİ Xarici İşlər Nazirlərinin Lüksemburq görüşünə gələrkən jurnalistlərə deyib.
Əvvəllər Tramp bəyan etmişdi ki, Rusiya və Ukrayna indiki cəbhə xəttində dayanmalı və sülh müqaviləsi daha sonra bağlanacaq. Ukrayna prezidenti Vladimir Zelenski daha sonra jurnalistlərə açıqlamasında bu mövqeyi təkrarlayıb.