Danimarka Ukraynaya yeni yardım paketi ayırıbbackend

Danimarka hökuməti Ukraynaya infrastrukturun bərpası, elektrik və istilik təchizatının təmin edilməsi, həmçinin minaların aşkar edilməsi və təmizlənməsi məqsədi ilə növbəti yardım paketi təqdim edəcəyini açıqlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin press-relizində bildirilib.

Bu paket üç istiqamətə malik olan “Ukrayna Fondu” çərçivəsində ayrılan üçüncü paket oldu: hərbi dəstək, vətəndaş cəmiyyətinə dəstək və özəl sektora dəstək. Bu dəfə onun həcminin 151 milyon kron (22,2 milyon dollar) olacağı dəqiqləşib.

Press-relizdə deyildiyi kimi, Danimarka böyüklüyünə görə Ukraynaya ən böyük dəstək verən ölkələr sırasındadır. Yeni paketi nəzərə alaraq, bu məqsədlər üçün 30,95 milyard kron (4,5 milyard dollar) xərcləyib.

Mənbə: TASS