Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına gəliblər.
Bu barədə Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
Onun sözlərinə görə, bu qrup “ortaq yol tapmaq imkanlarını araşdırmaq” məqsədi daşıyır. Diplomat bildirib ki, Amerika və Danimarka tərəfləri “Danimarkanın qırmızı xətlərinə hörmətlə yanaşılmaqla ABŞ-ın təhlükəsizlik narahatlıqlarını həll etməyin yollarını tapmağa diqqət yetirməlidirlər”.
O əlavə edib ki, belə bir qrup bir neçə həftə ərzində ilk iclasını keçirə bilər.














