Reuters agentliyinin məlumatına görə, Danimarka və Qrenlandiyanın xarici işlər nazirləri 14 yanvarda ABŞ-ın vitse-prezidenti J.D. Vance və dövlət katibi Marko Rubio ilə görüşəcəklər.
Raismussen və onun Qrenlandiyalı həmkarı Viviane Motzfeldt, ABŞ prezidenti Donald Trampın Danimarka krallığının bir hissəsi olan Qrenlandiya üzərində nəzarəti ələ keçirmək təhdidlərindən sonra Rubio ilə görüşü tələb ediblər.
Görüş Ağ Evdə keçiriləcək.
“Bu görüşü tələb etməyimizin səbəbi bütün bu müzakirəni… bir-birimizin gözünə baxıb bu məsələləri müzakirə edə biləcəyimiz bir görüş otağına gətirməkdir”, – Rasmussen bildirib.














