Danimarkada Zəfər Günü qeyd edilibbackend

8 noyabr-Zəfər Günü münasibətilə Azərbaycandan kənarda da müxtəlif tədbirlər təşkil edilib. Belə ki, Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Kopenhagende Zəfər Günü ilə ilə əlaqədar olaraq bayram tədbiri kecirilib.

Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi deyib ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb və Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Danimarkadakı səfirliyinin müşaviri və konsulu, Danimarka Diyanət Vaqfinin rəhbəri, Skandinaviya Türk Federasiyasının sədr müavini, Türk və Türkmən Dərnəklərinin rəhbərləri, media nümayəndələri və yerli danimarkalılar iştirak ediblər.

Bayram tədbirində qonaqlara 44 günlük müharibəyə həsr olunmuş sənədli filimlər və məlumatlandırıcı roliklər nümayiş olunub, həmçinin Azərbaycan rəqsləri, qələbəyə həsr olunan filimlər göstərildb.

Sonda iştirakçılar üçün Azərbaycan şirniyatlarından ibarət bayram süfrəsi a çılıb.