Danimarkalı tələbə 1200 ildən çox yaşı olan Vikinq xəzinəsini tapıbbackend

Danimarkada Orhus Universitetinin arxeologiya üzrə tələbəsi eramızın 9-cu əsrinə aid qədim Vikinq xəzinəsini tapıb. Xəzinə Olsted şəhəri yaxınlığındakı əkinçilik tarlasında yerdə idi. Bu, Højbjergdəki Moesgård Muzeyindən (MOMU) verilən məlumatda deyilir.

Tədqiqatçı metal detektorundan istifadə edərək qədim Skandinaviya məskəninin yerində gümüş qolbaq aşkar edib. Bir neçə gündən sonra o, oradan təxminən 500 qram ağırlığında daha altı oxşar əşya çıxarıb.

Tələbə tapıntı barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Muzey mütəxəssisləri əşyaların 800-cü illərə aid olduğunu, bu da erkən Vikinq dövrünə (793-1066) uyğun gəlir.

Mənbə: Gazeta.ru