Avropa İttifaqı bütün Aİ-yə üzv dövlətlərin razılığı olmadan belə, Ukraynaya kömək etmək üçün Rusiyanın aktivlərinə həbs qoyulmasını təmin etməlidir.
“Bloomberg” xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Brüssel sammitindən əvvəl bəyan edib.
“Mən hamının birlikdə qərar verməsini istərdim, amma vaxt daralır” dedi.
Frederiksen açıq şəkildə belə bir qərara qarşı çıxan Belçikanın mövqeyini nəzərə almadan, dondurulmuş Rusiya vəsaitlərindən istifadə edərək Kiyevə qondarma “təzminat krediti”nə səs verməyə hazır olduğunu bildirib. O hesab edir ki, Aİ-nin 27 üzvündən biri “düzgün hərəkətlərə” mane olmamalıdır.














