Daşaltıda iki nəfər minaya düşərək HƏLAK OLDUbackend

Daxili İşlər Nazirliyi (DİN) Şuşa rayonunun Daşaltı kəndində minaya düşən şəxslər barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.