Daşkəsəndə dağ uçqunu olubbackend

Daşkəsəndə dağ uçqunu baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 17-ci kilometrində, rayonun Bayan kəndi yaxınlığında qeydə alınıb.

Güclü yağışdan sonra dağ uçqunu zamanı yolun hərəkət hissəsinə qayalar və torpaq axıb. Nəticədə, magistral yol qismən bağlanıb.

Dərhal əraziyə Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunublar. Qısa zamanda yol açılıb.

Qeyd edək ki, dağ uçqunu iki dəfə baş verib.