Daşkəsəndə dördotaqlı ev yanıb.
İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonunun Güneykənd kəndində baş verib.
Belə ki, ümumi sahəsi 100 m² olan kürsülü ikimərtəbəli dördotaqlı evin yanar konstruksiyaları 84 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.