Daxili dövlət borcu 17 milyard 46,8 milyon manata düşübbackend

Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17 milyard 46.8 milyon manat təşkil edib.

İctimai.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili borcun ümumdaxili məhsula (ÜDM) nisbəti 13.1% olub. Hesabat tarixinə borcun həcmi ilin əvvəli ilə müqayisədə 1 milyard 612.9 milyon manat azalıb.

Daxili borcun 7 milyard 987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59.8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Dövriyyədə olan dövlət qiymətli kağızlarının 3%-i birillik, 56.3%-i 2-3 illik, 40.7%-i isə 5 il və daha uzunmüddətli istiqrazlardır.

Oktyabrın 1-nə dövlət istiqrazları üzrə orta ödəmə müddəti 3.52 ilə bərabərləşib.