Daxili işlər nazirindən tıxacla bağlı TƏLƏBbackend

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığı və tıxacların yaranmasından danışıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata əsasən, nazir bu məsələyə bu gün Nazirlikdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxışı zamanı diqqət çəkib..

Nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, həmin pozuntuları törədən nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılmasını tələb edib.