Daxili Qoşunların vəfat edən əsgərinin atası danışdıbackend

Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Nəriman oğlu Qurbanov avqustun 14-də xəstəlikdən vəfat edib.

Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, hadisə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində baş verib.

19 yaşı olan Sərxan Qurbanov əslən Xaçmaz rayonundandır.

Mərhum əsgərin atası, keçmiş hərbçi Nəriman Qurbanov oğlunun hansı xəstəlikdən ölməsi barədə konkret məlumatı olmadığını deyib.
Sərxan Qurbanovun meyiti tibbi-ekspertiza edilib.

Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.