Dekabr ayında İngiltərədə pərakəndə satışların azalması tənəzzül qorxusunu artırdıbackend

Dekabr ayında Böyük Britaniyada pərakəndə satışların 2020-ci ilin may ayından bəri ən aşağı səviyyələrə düşməsi ölkə iqtisadiyyatının 2023-cü ilin sonunda tənəzzülə girə biləcəyi riskini artırır. Bu barədə “Reuters” yazır.

Keçən ay Böyük Britaniya pərakəndə satıcıları bayram mövsümünə baxmayaraq, noyabr ayı ilə müqayisədə 3,2% az mal satıblar. Nəticələrin bütün proqnozlardan bir neçə dəfə pis olduğu ortaya çıxdı.

Yalnız 2023-cü ilin yanvar-dekabr aylarında ölkə üzrə pərakəndə satışlar 2,8% azalaraq beş ilin ən aşağı səviyyəsinə düşüb.

Mənbə: Reuters