Dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıbbackend

Ölkə ərazisində dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.