Dəməşqin üstündəki səmada partlayış səsləri eşidilirbackend

Suriyanın paytaxtı və Dəməşq ətrafında partlayış səsləri eşidilib. Bu barədə RİA Novosti öz müxbirinə istinadən xəbər verir.

Hazırda partlayışın nədən baş verdiyi və dəqiq harada baş verdiyi məlum deyil. Həmçinin, tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Bundan əvvəl İsrail ordusu Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki Kfar Susa bölgəsinə hücum edib.

Mənbə:RİA Novosti