Demokrat lider ABŞ-da rejim dəyişikliyinə çağırış etdibackend

ABŞ Nümayəndələr Palatasının azlıq lideri Hakim Ceffris ölkədə rejim dəyişikliyinə çağırış etdi.

O, bunu sosial mediada yazıb.

“Amerikada rejim dəyişikliyinə ehtiyacımız var”, – deyə o bildirib.

Ceffrisin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə ABŞ-ı daha az təhlükəsiz edib, milyardlarla dollar boşa xərclənir və benzin qiymətləri qalxıb.