Deputat: 15 iyun təqvimi Azərbaycan tarixində əhəmiyyətli yeri olan xüsusi gündürbackend

Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun təqvimi Azərbaycan tarixində əhəmiyyətli yeri olan xüsusi gündür.

İctimai.az xəbər verir ki, bu sözləri deputat Şahin İsmayılov özünün feysbuk səhifəsində yazıb

Deputat qeyd edib ki, bu günü Azərbaycan xalqı üçün fərqləndirən ikinci amil isə Vətən müharibəsindən sonra Qarabağın gözü və hər bir azərbaycanlının qürur yeri olan Şuşada Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamədir: Şuşa Bəyannaməsini xüsusi edən məsələlər çoxdur. Əvvəla onu demək lazımdır ki, Azərbaycan və Türkiyə xalqı bir-birinə hər zaman dogma olub. Türkiyə xalqının böyük lideri Mustafa Kamal Atatürkün tarixi sözü – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamı – “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələri bu doğmalığı təcəssüm edir. Hər iki ölkənin rəhbərliyi xalqın da iradəsini əks etdirən bu qardaşlıq ənənəsini uğurla davam etdirir. İki ölkə arasında münasibətlərin müttəffiqlik səviyyəsinə yüksəlməsi dünyanın siyasi gündəliyində özünü biruzə edir.

Ş. İsmayılov əlavə edib ki, “Bir çox strateji sahələri əhatə edən Şuşa Bəyannaməsinin müddəaları uğurla icra edilir. Qardaş ölkələr bu bəyannamədə yer alan məsələlərin icrasının öhdəsindən gəlmək iqtidarındadır. Azərbaycan – Türkiyə birliyi dünya üçün xalqar və dövlətlərarası qardaşlığın nümunəsinə çevrilib”