Deputat Anar Məmmədov seçiciləri qəbul etdi – FOTObackend

Milli Məclisin deputatı Anar Məmmədov ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşlarla birbaşa ünsiyyət imkanları məhdud olmasına baxmayaraq seçicilərini diqqətdən kənarda qoymur.

Seçicilərlə daim ünsiyyət qurmaq üçün millət vəkili onlayn şəkildə onlarla görüşlər keçirir, hər bir müraciət və təklifə həssaslıqla yanaşır.

“Yeni Gündəm”-in məlumatına görə, millət vəkilinin seçicilərlə növbəti görüşü də onlayn şəkildə həyata keçirilib.

Müraciətlər daha çox kəndlərdə su problemi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, hüquqi yardım və s. ilə bağlı oldu.

Hər birinizi əmin etmək istəyirəm ki, bizə ünvanlamış olduğunuz müraciətlərin həlli istiqamətində addımlar atılır, səlahiyyətimiz çərçivəsində bəzi məsələlərin araşdırılması isə nəzarətə götürülür.

Öncədən də bildirdiyim kimi, təmsil olunduğum seçki dairəsinə aid kəndlərin sakinləri ilə görüşlərimiz davam edəcək, seçicilərimizi narahat edən məsələlərin həlli üçün hər zaman əlimizdən gələni əsirgəməyəcəyik.