Deputat Elman Nəsirov növbəti dəfə seçicilərlə görüşüb – FOTOLARbackend

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov 21 may 2025-ci il tarixində 72 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan Qarazəncir, Ocaqlı və Şatırlı kəndlərindən olan seçiciləri ilə görüş keçirib.

“İctimai.az”ın məlumatına görə  seçicilər əsasən işlə təmin olunma, sosial müavinətin ayrılması, əlilliyin təmin olunması, kəndlərin daxilindəki küçələrin elektrik enerjisi ilə təminatı, məktəb ərazisindəki quru ağacların kəsilməsi və digər əlaqədar məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələbələrinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib.