Deputat gəlirlərini və xərclərini açıqladıbackend

Milli Məclisin deputatı Erkin Qədirli bu ilin mart-avqust ayları üçün əldə etdiyi gəlirin məbləğini açıqlayıb.

İctimai.az-ın xəbərinə görə, E.Qədirli bildirib ki, maaş, bayram payları və məzuniyyət haqqı daxil olmaqla, 20 min manat alıb.

“Bu isə aylıq ortalama olaraq 3,3 min manatdır. Maaşdan başqa gəlirim yoxdur”, – deyə E.Qədirli əlavə edib.

Millət vəkili qeyd edib ki, gəlirinin dörd min manatını xeyriyyə işlərinə, 2 400 manatını anasının evinin təmirinə, 1 500 manatını avtomobilinin təmirinə, 1 000 manatını saytın qurulmasına xərcləyib.

Onun sözlərinə görə, yerdə qalanları isə digər xərclərə – kommunal, benzin, saytlarda abunə haqlarına, ərzağa – sərf olunub.

E.Qədirli söyləyib ki, hazırda maaş kartında 9 min 860 manat 59 qəpik var.

“Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Doğum günümdə dostlar Çin istehsalı olan bir smartfon, bir kostyum, bir köynək və bir qalstuk bağışlayıblar”.

İctimai.az