Deputat Kəlbəcərdəki faciə ilə bağlı beynəlxalq təşkilatların səssizliyindən yazıbbackend

Deputat Şahin İsmayılov Kəlbəcərdə mina partlaması ilə bağlı beynəlxalq təşkilatların səssizliyindən danışıb.

İctimai.az deputatın bununla bağlı feysbukda yazdığı fikirlərini təqdim edir: “Görəsən az qala hər kəlimələrində jurnalistlərin peşə fəaliyyətlərinə toxunan bir sıra beynəlxalq təşkilatların, hüquq müdafiəçilərinin, Qeyri Hökümət Təşkilatlarının Kələbəcərdə peşə fəaliyyətlərini həyata keçirən zaman erməni terroruna qurban gedən jurnalistlərin ölümünə münasibətləri necə olacaq? Öz fəaliyyətlərindən kənar, daha çox siyasiləşmiş, siyasi təzyiq vasitəsi rolu oynayan bu təşkilatlar və şəxslər missiyalarına uyğun hərəkət edəcəklər yoxsa yenə hansısa sifarişi gözləyəcəklər? Ümid edirəm ki, terror dövləti olan ermənistana hansısa bir formada etiraz ediləcək, mina xəritələrinin Azərbaycana verilməsi üçün təzyiqlər göstəriləcəkdir. Allahdan terror nəticəsində həlak olanlara rəhmət, yaxınlarına səbr diləyirəm”