Deputat: Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyilbackend

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun – Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. 

1993-cü il iyunun 9-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı və ölkəni xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başla. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçildi və həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düş. Çünki AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdiSəriştəsiz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya idi.  Belə bir vəziyyətdə ozamankı hakimiyyət ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

15 iyun Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları bəxş etdi. Qurtuluş təkcə Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü ağır durumdan, bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını təkidlə tələb edən Azərbaycan xalqının ondan gözləntisi ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməsi, sabitlik, əmin-amanlıq yaratması idi. Amma Ümummilli lider Heydər Əliyev özünün missiyasını təkcə Azərbaycan xalqının düşdüyü bu bəlalardan xilas olunmasında görmürdü. Onun qayıdışı ilə başlanan Qurtuluş Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı, ölkəmizin sonrakı sürətli, dinamik inkişafının da çox etibarlı əsasını yaratdı. Bu mənada Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin keçmişi deyil, eyni zamanda bu günü və gələcəyidir. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.

Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi, müstəqillik dövründə də məhz Heydər Əliyevin sayəsində Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacarıb. Bu baxımdan tarixi həqiqətdir ki, əgər 1993-cü ilin gərgin və böhranlı iyun günlərində Ulu Öndər siyasi hakimiyyətə qayıtmasaydı, indi nə müstəqilliyimiz, nə də dövlətçiliyimiz vardı.

Bu il Azərbaycanda Milli Qurtuluş gününün 29-cu ildönümü tamam olur. Ötən 29 ilə nəzər saldıqda görərik ki, Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Vətən müharibəsində torpaqlarımızın azad olunması isə Heydər Əliyevin başlatdığı Azərbaycanın inkişaf və yüksəliş tarixini daha da şərəfləndirdi və qürurlandırdı.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı