Deputat Naftalanda vətəndaşları qəbul edib – FOTObackend

Millət vəkili Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, aparatın məsul əməkdaşları iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən Anar Məmmədov onların müraciət və təkliflərini dinləyib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq  nəzarətə götürülüb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib. Bir neçə məsələ yerindəcə həllini tapıb.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.