Deputat Partiya sədrinin saxta vətənpərvərliyini ifşa etdibackend

Post-müharibə dövründə, həssas bir dönəmdə yaşadığımız, dövlətçilik məsələləri, xalq birliyinin təcəssüm etdiyi bir vaxtda Müsavat Partiyasının başqanı Arif Hacılının baş verən hadisələri özünün çirkin əməlləri üçün istifadə etməsi açıq şəkildə görünür.

Bu sözləri “ictimai.az”a Müsavat Partiyasının başqanı Arif Hacılının özünün feysbuk hesabında paylaşdığı yazı ilə bağlı münasibət bildirərkən Milli Məclisin deputatı Şahin İsmayılov qeyd edib.

Deputat bildirib ki, özünü xalq sevdalısı kimi qələmə vermək istəyən müxalifət partiyasınım rəhbəri nədənsə erməni canilərinin törətdiyi terror hadisəsinə münasibət bildirərkən mətnin tərkibində nə erməni, nə də terror sözünü istifadə etmir. Baş verən hadisəni siyasi alətə çevirmək istəyən bu şəxs heç terror qurbanı olan insanlarımıza rəhmət dilədiyini belə dilə gətirməyib. Təəssüf ki, ümummilli maraqların hər şeydən üstün olmalı olduğu məsələdə Müsavat Partiyasının beynəlxalq təşkilatlara müraciət etməsi haqqında məlumat yoxdur.

“Arif Hacılı yenə xalqa və dövlətçiliyə dəstək olmaq əvəzinə özünün hakimiyyət maraqlarını çirkin şəkildə ortaya qoydu. O, nəinki siyasi mədəniyyət, dövlətçilik prinsiplərini nümayiş etdirə bilmədi, heç vətəndaşlıq mövqeyini də ortaya qoya bilmədi” – deyə o, bildirib.

Deputat qeyd edib ki, vətəndaşlar xalqa və dövlətə sədaqətlə xidmət edən cənab Ali Baş Komandanın ətrafında sıx birləşib. Erməni terrorunu belə özünün maraqları üçün alətə çevirmək istəyən bu qüvvələrin səyi heç bir nəticə verməyəcək. Əksinə qalib dövlətin insanları hər şeyi çox yaxşı bilir.