Deputat: “Paşinyan özünü 21-ci əsrin Don Kixotu, dəlisi kimi tanıtdı”backend

“Məşhur ispan yazıçısı Migel de Servantes 21-ci əsrdə yaşamış olsaydı və dünyaca məşhur “Don Kixot” əsərinə yenidən qəhrəman axtarsaydı Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı özünə prototip seçərdi. 21-ci əsr ədəbiyyatına yeni bir Don Kixot obrazı bəxş edərdi, lakin başqa bir rakusda, yeni çalarlarla, yəni ağıldan kəm, xəyalpərəst, morionet oyuncaq və təlxək” .

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada deputat İlham Məmmədov səsləndirib.

“Günümüzdə Don Kixot xarakteri dedikdə artıq bir psixoloji kateqoriya başa düşülür. Fəlsəfədə “donkoxotluq” kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. 21-ci əsrdə fəlsəfənin məhz “donkixotluq” kateqoriyası üzrə araşdırma obyekti erməni Nikol olacaq. Bunun üçün yaxşı əsaslar var. Bu günlərdə BBC-nin “Hardtalk” proqramının aparıcısı Stiven Sakurun obyektiv və faktlara əsaslanan suallarına Paşinyan öz “Don Kixot” xulyaları ilə cavab verib, bir daha beynəlxalq ictimaiyyətin qarşısında gülüş hədəfi oldu. Necə ki, Don Kixotla tanış olan hər kəs onu dəli hesab edir yaxınları isə onu müalicə etmək üçün öz evinə qaytarmağa çalışırdı. İndi Paşinyanla artıq bir neçə dəfə yaxından tanış olan beynəlxalq ictimaiyyət artıq onu dəli hesab edir və yaxın “dostlarına”məsləhət görürlər ki, bu ağıldan kəmi öz evinə müalicəyə göndərin. Stiven Sakur həm Paşinyanın özünə, həm də havadarlarına bunu xatırlatdı”, – deyə parlamentari qeyd edib.

Deputatın sözlərinə görə, Sakur BMT Təhlükəsizlik Şurasının qərarlarını xatırlatdı, bu başı boş ermənini sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal etdikləri Azərbaycan torpaqlarına qanunsuz səfərlərə görə ittiham etdi.

“Sözümün əvvəlində niyə görə məhz Servantesin məşhur Don Kixotunu xatırlatdım. Çunki əsərin qəhrəmanı Alonso Kixano cəngavərlər haqqında çoxlu kitablar oxuyur və bunlardan ruhlanaraq özünü cəngavər hesab edir. Özünə Don Kixot adı götürür, məcara axtarmaq, igidlik göstərmək qərarına gəlir. Ulu babalarından yadigar qalan köhnə silah və əlbisə ilə səfərə yollanır. Elə ilk səfərində karvansara qapısını qəsrlə səhv salır və yel dəyirmanına hücum edir. Nikol Paşinyan da ulu babalarından təkcə ona yox, bütün ermənilərə miras qalmış böyük Ermənistan xülyalarını, türklərə, azərbaycanlılara nifrətini və faşist terror ideyalarını bir torbaya yığıb, şəlləyib belinə, düşür küçülərə məcara axtarmağa və günlərin bir günü gəlib olur prezident. Sonra da qəhrəmanlıq göstərmək üçün sərhədimizin Tovuz istiqamətində təxribat törədir. Bax onda əsil cəngavərlər – bizim hərbçilərimiz burnunu əzib yola salırlar müalicə almağa. Sakurun proqramı bu adamın boş xəyalpərəst olduğunu nümayiş etdirdi. Sakur verilişin əvvəlində belə bir sual verir: “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz böyük məxməri inqilab adlandırılan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?”Cavabında Paşinyan heç özünün də inanmadığı, yuxularında gördüyü nəaliyyətlərindən danışmağa başladı. Bunu həm verlişin aparıcısı gördü, həm də onun milyonlarla izləyicisi.

 

Nikol olsa-olsa yalnız xəyalən yel dəyirmanlarına qarşı vuruşa bilər. Qafqazın ən qüdrətli ordusu, şir ürəkli, əsl cəngavərlərdən, Azərbaycan igidlərindən təşkil olunmuş orduya qarsı heç vaxt döyüşə bilməz. O orduya ki, Ali Baş Komandanına sadiqdir və onun qayğısını hər daim öz üzərində hiss edir. Kiminsə silahı ilə, kiminsə muzdlu əsgəri ilə qəsdən təxrbat törətmək, sonra da dünyaya haray salmaq acizlik və qorxaqlıqdır. Bizim Ali Baş Komandanımızın “Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” çağırışına isə cavab vermədi, cəsarəti çatmadı. Əlbəttə yaxşı bilir ki, xalqımıza qarşı edilən cinayətlərin mütləq qisas günü olacaq. O qisası almaq üçün Ali Baş Komandanın əmrini gözləyən bütöv bir xalq Azərbaycan xalqı var. Xalq çoxdan hazırdır”.