Deputat peşə məktəbinin tələbələri ilə görüşübbackend

Noyabrın 23-də Milli Məclisin gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov və Beyləqan Peşə Məktəbinin direktoru Nazim Məmmədov burada təhsil alan yeniyetmə və gənclərlə görüşüb.

İctimai.az xəbər verir ki, bu barədə deputatın sosial şəbəkə hesabında paylaşım edilib:

“Əvvəlcə direktor Nazim Məmmədov müəllim-tələbə heyəti adından qonaqları salamlayaraq məktəbin fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra çıxış edən Şahin İsmayılov və Müşfiq Səfərov görüş iştirakçıları ilə səmimi söhbət edərək tövsiyələrini bildirmiş, ixtisaslar üzrə peşəkarlaşmanın vacibliyini vurğulamış və onlara uğurlar arzulamışlar. Görüş aktiv müzakirələrlə davam edib”.