Deputat: “Prezident Tovuzla bağlı sərəncamı Azərbaycan dövlətinin gücünün göstəricisidir”backend

“Azərbaycan-Ermənistan dövlət sərhəddində erməni tərəfinin hərbi təcavüzü nəticəsində Azərbaycanda bir sıra sosial və mülki obyektlərə ayrı-ayrı vətəndaşların mülkünə ziyan dəydi.

Düşmənin təxribatının qarşısı alındı və yerində otuzduruldu. Bu bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ermənistan ordusundan müqayisə edilməz dərəcədə güclüdür və verilən vəzifəni layiqincə yerinə yetirə bilər”.

Bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki,  cənab Prezident İlham Əliyevin   “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu təxribat aktının qarşısının alınması  qədər mühüm bir hadisədir: “Diqqət etsək görərik ki,  adətən digər ölkələrdə toqquşma olan ərazilərdə bərpa işlərə  uzun illər sonra həyata keçirilir. Azərbaycanda isə tamamilə fərqli bir mənzərəni seyr etməkdəyik. Cənab Prezident Tovuzda təxribata son veriləndən dərhal sonra  hərbi toqquşma baş verən ərazidə nbərpa işlərinin həyata keçirilməsi barədə sərəncam imzalayıb. Ümumiyyətlə bu, bir ənən halını alıb. Biz bunun 2016-ci ildə Aprel döyüşlərindən sonra da şhaidi olduq. Düşmən işğalından azad olunan Lələtəpə və Tərtər istiqamətində bərpa işləri görüldü.  Lələtəpə işğal edildikdən dərhal sonra cənab Prezident dərhal Cəbrayıl rayonun Cocuq Mərcənlaı kəndində bərpa işlərinin aparılması barədə sərəncam verdi və qısa zamanda orada  çox böyük quruculuq işlərə həyata keçirildi.  Deyərdim ki, orada kənd deyil, bütün infrastruktura malik müasir bir şəhər salındı. Qurucluq işləri digər işğaldan azad olunan ərazilərdə həyata keçirildi və vətəndaşlara dəyən ziyan  dövlət tərəfindən aradan qaldırıldı. Həmin ərazilərdə normal həyat bərpa olundu”.

Deputat əlavə edib ki, bütün bunlar bir daha Azərbaycan dövlətinin gücünün göstəricisidir: “Bu onu deməyə əsas verir ki, işğal altında olan torpaqlar azad olunan kimi  orada bərpa işləri  qısa zamanda aparılıb, normal həyat bərpa olunacaq. Cənab Prezidentin Tovuzda bərpa işlərinin həyata keçirilməsi ilə bağlı verdiyi sərəncam bunu deməyə əsas verir. İmzalanan  sərəncam onu deməyə əsas verir ki,  dövlət  hər zaman vətəndaşının yanındadır. Vətəndaş buna bir daha  əmin oldu. Bu dövlətin gücünün göstəricisidir  və bərpa işləri cənab Prezidentin rəhbərliyi altında bundan sonra da davam etdirləcək”.