44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə qarşı antimilli xarakterli çirkin kampaniyalar aparmaları da xəyanətkar mövqedən qaynaqlanırbackend

Radikallar sosial şəbəkələrdə danışdıqları yalanlarla tarixi saxtalaşdırmağa, vaxtilə ərazilərimizin onların hakimiyyət hərisliyi ucbatından işğal altına düşməsi faktını “unutdurmağa” çalışırlar.

İctimai.az xəbər verir ki, bunu radikal müxalifətin son zamanlar etdiyi absurd çıxışları ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov “Yeni Azərbaycan” onlayn ictimai-siyasi qəzetinə danışarkən deyib.

O zaman baş verənlərin cəmiyyət tərəfindən unudulmadığını, yaxşı xatırlandığını bildirən millət vəkili qeyd edib ki, hakimiyyəti silah gücü ilə zəbt edən AXC-”Müsavat” qruplaşmasının xalqımıza və dövlətimizə vurduğu zərbələr heç kimə sirr deyil: “Bu gün həmin reallıqları inkar etməyə çalışan radikal müxalifət tarixi saxtalaşdırmaq istəyir. Əslində, onların 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbəyə qarşı antimilli xarakterli çirkin kampaniyalar aparmaları da xəyanətkar mövqedən qaynaqlanır. Radikal müxalifət təmsilçiləri anlayırlar ki, onlar tarixdə torpaqların itirilməsinin, Azərbaycanın suverenliyinin təhdid altına düşməsinin, ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin günahkarları kimi qalıblar”.