Deputat şəhidin il mərasimində – FOTObackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Qaradağlı kəndində Vətən müharibəsi şəhidi İsmayılov Əli Vaqif oğlunun il mərasimində iştirak edib.

“Yeni Gündəm” xəbər verir ki, anım mərasimində Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları, şəhidin ailə üzvləri iştirak edib.

İl mərasimində şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, həmçinin dövlətimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qardaşlarımız yad edilib, valideynlərinə səbr dilənib, şəhidlərimizin döyüş yolundan, vətənpərvərliyindən, onların vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarından danışılıb.

Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid İsmayılov Əli Vaqif oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.