Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıbbackend

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.